Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 1 milyard 970 milyon 472 min dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3% və ya 183 milyon 390 min dollar artıb.
Məlumata görə, 2023-cü ilin 10 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 787 milyon 82 min dollar olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 11,84% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!