Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-noyabr aylarında 25 milyon 767 min dollar dəyərində 29 min 359 ton nar ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 5,9% və ya 1 milyon 615 min dollar azalıb, həcm baxımından isə 4,1 min ton və ya 16,2% çoxdur.
Qeyd edək ki, ötən 11 ayda pomidorun ümumi ixracda xüsusi çəkisi 0,11%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 0,83%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!