Avtomobil bazarında qiymətlər ucuzlaşıb? – Açıqlama | Banco.az

Avtomobil bazarında qiymətlər ucuzlaşıb? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

Avtomobil bazarında qiymətlərlə bağlı müxtəlif iddialar və fərqli fikirlər səslənsə də, bazardakı vəziyyət bütün seqmentlər üzrə eyni deyil. Xüsusilə yeni və ikinci əl avtomobillərin qiymət dinamikasına fərqli amillər təsir göstərir. Vergi siyasətindəki dəyişikliklər, idxal xərcləri və bazardakı təklif həcmi qiymətlərin formalaşmasında əsas rol oynayır.

Bəs hazırda Azərbaycanda avtomobil bazarında həqiqətən də qiymətlər ucuzlaşıbmı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Banco.az-a açıqlamasında bildirib ki, əslində, vəziyyət heç də belə deyil:

"Ölkəyə idxal olunan yeni avtomobillərin qiymətində kəskin ucuzlaşma müşahidə olunmur. Əksinə, yanvarın 1-dən hibrid avtomobillərə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatdığından, həmin tarixdən sonra idxal olunan hibrid avtomobillər ƏDV ilə satılır. Bu isə qiymətlərin artması deməkdir.

İkinci əl avtomobil bazarında isə 2024–2025-ci illərdə ölkəyə gətirilmiş Çin istehsalı hibrid avtomobillər daha münasib qiymətlərlə təklif olunur. Lakin bu, bütövlükdə Azərbaycanda avtomobil bazarında qiymətlərin maya dəyərindən aşağı düşməsi anlamına gəlmir. Böyük ehtimalla, burada söhbət yalnız müəyyən model avtomobillərdən gedir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram