Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropanın ən böyük bankı olan HSBC-nin ikinci rübdə vergidən əvvəlki mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalıb.
Banco.az xəbər verir ki, bankın ikinci rüblə bağlı açıqladığı maliyyə nəticələrinə görə, HSBC-nin vergidən əvvəlki mənfəəti bu dövrdə illik müqayisədə 2,6 milyard dollar azalaraq 6,3 milyard dollar olub.
Beləliklə, bankın qeyd olunan dövrdəki vergi öncəsi mənfəəti 29 faiz azalıb. Bu azalmada HSBC-nin Çinin Bank of Communications-da olan investisiyası ilə bağlı 2,1 milyard dollarlıq zərəri qeydiyyata alması da təsirli olub.
Bu zərər Çin iqtisadiyyatındakı yavaşlama və çətin vəziyyətdə olan daşınmaz əmlak sektorunun təsirlərini kompensasiya etmək məqsədilə həyata keçirilən yenidən kapital təminatı planı nəticəsində investisiyanın seyrəldilməsindən (payın azalmasından) irəli gəlib.
Bankın bu dövrdəki gəliri də illik müqayisədə 100 milyon dollar azalaraq 16,5 milyard dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!