Avropadan Azərbaycana ətir idxalı artıb – İllər üzrə statisika | Banco.az

Avropadan Azərbaycana ətir idxalı artıb – İllər üzrə statisika

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Avropa İttifaqı Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin səkkiz ayında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana ətir və tualet suyu ixracı illik hesablamada 9,6% - 183 tonadək artıb.

Banco.az  statistikaya əsasən bildirir ki, Azərbaycana ətir və tualet suyu ixrac edən ölkələrin ilk üçlüyündə  BƏƏ ($1 milyon 951,84 min dəyərində 191,73 ton) və İspaniya ($1 milyon 381,17 min dəyərində 23,09 ton) da yer alıb. 2023-cü ilin yanvar-may ayı ərzində isə Azərbaycana ətir və tualet suyu ixracını illik müqayisədə 16,7% artıraraq 114 tona çatdırıb. “Eurostat”ın məlumatına görə,  pul ifadəsində ətir və tualet suyu idxalı  55% artaraq 7,288 milyon avroya çatıb.

May ayında  Aİ ölkələrindən Azərbaycana ətir və tualet suyunun ixracı illik müqayisədə iki dəfə artaraq 35,6 ton, bu məhsulların dəyəri isə 2,1 dəfə (1,901 milyon avro) təşkil edib. Almaniya Azərbaycan bazarına ətir və tualet suyunun ixracı üzrə də pul ifadəsində və bu ilin ilk 5 ayında lider mövqe tutub. (3,612 milyon avro, illik 72,3% artım), ikinci yerdə isə Fransa gəlir (1,689 milyon avro , illik artım 78,3%).  Eurostatın məlumatına görə, Aİ ölkələri Azərbaycana ətir və tualet suyunun ixracını  2022-ci ildə 2021-ci illə müqayisədə 2,7% artıraraq 306 tona çatdırıb.

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 4,2 milyon ABŞ dolları dəyərində ətir və kosmetika ixrac edib. Gömrük Komitəsindən bildiriblər ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 88,8% azdır.2020-ci ilin I rübündə Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 24,2% artıb, dəyər ifadəsində 5,6% azalıb. Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 435,29 ton, dəyəri $4 milyon 792,4 min təşkil edib.

2019-cu ildə Azərbaycana $18 milyon 849,54 min dəyərində 1 min 636,91 ton, o cümlədən Fransadan $7 milyon 99,47 min dəyərində 95,93 ton ətir və tualet suyu idxal edilib.

2016-cı ildə Azərbaycana 1830,5 ton ətir və əl-üz suyu gətirilib. Bu, 2015-ci ildəkindən 5,3 dəfə çox sayılır. Həmin dövrdə ətriyyat daha çox Çin (1074,4 ton), Rusiya (168,7 ton) və Türkiyədən (167,3 ton) idxal edilir. Ötən il Fransadan 111 ton ətir və əl-üz suyu gətirilib. İdxalçılar ətriyyat idxalı həcmini $16,6 mln məbləğində bəyan ediblər, bu, 2015-ci ildəkindən 7,7 dəfə çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram