Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonunadək valyuta bazarında təxminən 500 milyon-1 milyard ABŞ dolları həcmində əlavə alış həyata keçirə bilər.
Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarını müəyyən səviyyəyə çatdırmaqla bağlı konkret hədəfi və ya limiti yoxdur. Valyuta alışları zamanı manat emissiyasının inflyasiyaya mümkün təsirləri qiymətləndirilir.
AMB sədri qeyd edib ki, bu il Mərkəzi Bank 3,6 milyard dollar həcmində valyuta alıb və bunun müqabilində manat emissiyası həyata keçirib.
apa
