Azərbaycan Mərkəzi Bankı konsolidasiyanı dəstəkləyir | Banco.az

Azərbaycan Mərkəzi Bankı konsolidasiyanı dəstəkləyir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik.

Banco.az verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

"Maliyyə sektorunun strukturuna nəzər saldıqda, iki-üç böyük oyunçumuz var. Konsolidasiyası nəticəsində rəqabət də artacaq. Gözləntimiz də budur. Gələn il konsolidasiya ilə bağlı hər hansı tədbir və ya planlar olarsa, biz onu dəstəkləyəcəyik. Sözsüz ki, maliyyə sektorunda dayanıqlılığın təmin edilməsi ilə parallel olaraq. Hazırda, bu il üçün belə bir planımız yoxdur. Gələn il hər hansı yenilik olarsa, bu barədə məlumat verəcəyik. Sözsüz ki, iki problemli bankın birləşdirilməsi böyük problemlər yarada bilər. İki və daha çox bank birləşib daha güclü maliyyə institutu yaradarsa, Mərkəzi Bank belə prosesi dəstəkləyir", - sədr qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram