Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bank Milli İran"ın Azərbaycanda fəaliyyətinə məhdudiyyətlərlə bağlı planımız yoxdur.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Sədrin sözlərinə görə, "Bank Milli İran"ın Azərbaycanda bazar payı sıfır faizə yaxındır: "Artıq bu bank illər boyu sanksiyalar altındadır və Azərbaycanla öz fəaliyyətini davam edir və hər hansısa yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur. Bank Mərkəzi Bankın tələblərinə və ölkənin qanunvericiliyinə riayət edir. Hazırda hər hansı bir tədbir görülməsini biz nəzərdə tutmuruq".
Bizi sosial şəbəkələrdən izləyin!!
