Müəllif - Fərid İslamov - Banco.az
Amazon.com Inc. Yeni Zelandiyada bulud infrastrukturu sahəsində 7,5 milyard Yeni Zelandiya dolları (təxminən 4,4 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.
Şirkətin mətbuat xidməti bildirir ki, uzunmüddətli investisiyalar ölkədə data mərkəzlərinin (DC) inşası və dəstəklənməsinə yönəldiləcək.
Amazon-un Yeni Zelandiyadakı bulud əməliyyatlarının inkişafı ölkənin ÜDM-nə təxminən 10,8 milyard Yeni Zelandiya dolları əlavə edəcək və hər il orta hesabla 1000-dən çox iş yerinin yaradılmasına dəstək olacaq.
“Məlumat mərkəzlərinin işə salınması Yeni Zelandiyada bulud xidmətlərinə artan tələbatı ödəməyə kömək edəcək və hər ölçüdə təşkilatların rəqəmsal transformasiyasını sürətləndirməyə imkan verəcək,” – deyə şirkətin açıqlamasında bildirilir.
Amazon həmçinin yerli personalı cəlb etməyi və təlim keçirməyi planlaşdırır. Şirkət AWS əməliyyatlarını həmçinin Çili, Səudiyyə Ərəbistanı və Avropada da inkişaf etdirməyi nəzərdə tutur.
