"Porsche" genişmiqyaslı ixtisarlar planlaşdırır | Banco.az

"Porsche" genişmiqyaslı ixtisarlar planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Volkswagen Group-un lüks avtomobil markası "Porsche" genişmiqyaslı ixtisar planını yekunlaşdırır. 

Banco.az xəbər verir ki,  məlumatına görə, Volkswagen Group-un genişmiqyaslı transformasiya planı çərçivəsində Porsche-də təxminən 4 100 iş yerinin ixtisarı nəzərdə tutulur.

Plan şirkət daxilində təxminən 700 milyon avro məbləğində xərcin azaldılmasını hədəfləyir. İxtisarların Volkswagen-in tarixində həyata keçirilən ən böyük yenidənqurma tədbirlərindən birinin tərkib hissəsi olduğu qeyd edilir.

Yeni ixtisarlar əvvəllər razılaşdırılmış tədbirlərə əlavə olaraq həyata keçiriləcək. Belə ki, iyul ayında "Porsche" rəhbərliyi ilə işçi nümayəndələri arasında 4 min iş yerinin azaldılması planına əlavə olaraq daha 5 min iş yerinin ixtisarı barədə razılaşma əldə olunub.

Nəticədə Porsche-də 2035-ci ilədək həyata keçirilməsi planlaşdırılan ümumi ixtisarların şirkətin hər beş işçisindən təxminən birinə təsir edəcəyi bildirilir.