Rusiyadan Azərbaycana pul köçürmələri 67%-dən çox artıb | Banco.az

Rusiyadan Azərbaycana pul köçürmələri 67%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rusiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 356 milyon 653 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67,4% (143 milyon 554 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 213 milyon 99 min dollara bərabər olub. 

İlk 6 ayda Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 47,7% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram