Gürcüstan Azərbaycandan idxalı 23% artırıb | Banco.az

Gürcüstan Azərbaycandan idxalı 23% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 959 milyon 587 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 8 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 484 milyon 519 min dollar təşkil edib.

Bu da illik müqayisədə 5,1% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 8,9%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın 4-cü əsas ixrac tərəfdaşı olub. 2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 461 milyon 110 min dollar olub. 

Azərbaycandan idxal isə 475 milyon 68 min dollara bərabər olub. Bu isə illik müqayisədə 23% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 386 milyon 81 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram