Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyaya investorların inamı gözləniləndən daha çox azalıb.
Banco.az xəbər verir ki, “ZEW” institutunun gözləntilər indeksi fevral ayında qeydə alınan 58,3 səviyyəsindən mart ayında -0,5-ə qədər geriləyib. “Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçılar isə 39,2 səviyyəsində proqnoz vermişdilər. -0,5 göstəricisi ABŞ Prezidenti Donald Trampın ötən ilin aprel ayında gömrük rüsumlarını ilk dəfə açıqlamasından bəri ən aşağı səviyyə kimi qeydə alınıb.
Cari vəziyyət indeksi isə gözlənilmədən yaxşılaşıb.
“ZEW”in prezidenti Axim Vambax açıqlamasında bildirib: “Yaxın Şərqdə gərginliyin artması enerji qiymətlərini yüksəldir və inflyasiya təzyiqlərini gücləndirir. Bu isə Alman iqtisadiyyatında yeni formalaşmağa başlayan iqtisadi bərpa meylinin zəifləmə riskini artırır. Bu təsirlərin nə dərəcədə güclü olacağı münaqişənin intensivliyi və davametmə müddətindən asılıdır.”
Məlumatlar Avropa Mərkəzi Bankının (ECB) iki gün davam edəcək faiz iclası ərəfəsində açıqlanıb. Rəsmilər bu iclasda İranın Avrozonanın iqtisadi artımı və inflyasiyası üzərində təsirini qiymətləndirməyə çalışacaqlar.
Bizi sosial şəbəkələrdən izləyin!!
