Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Ukraynadan idxal olunan mallara xeyli yüksək tariflər tətbiq etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Ukraynadan edilən idxalata xeyli yüksək gömrük rüsumları tətbiq etməyə hazırlaşır.
Financial Times qəzetinin diplomatlara istinadən verdiyi məlumata görə, Aİ Ukrayna məhsullarının əksəriyyətinin gömrüksüz şəkildə Aİ bazarına daxil olmasına imkan verən xüsusi ticarət razılaşmalarını qəfil ləğv etmək qərarına gəlib.
Bu qərar Polşanın Aİ fermerlərini qorumaq məqsədilə öncülük etməsindən sonra verilib.
Aİ-nin Ukrayna ilə mövcud azad ticarət razılaşması var, lakin Rusiya-Ukrayna müharibəsindən sonra Aİ daha da irəli gedərək mövcud olan gömrük rüsumlarını müvəqqəti olaraq dayandırmışdı.
Xəbərə görə, yaxın zamanda Aİ üzv ölkələrinə təqdim olunan təklif Ukrayna üçün kənd təsərrüfatı və büdcə baxımından həyati əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsullarına tanınan gömrüksüz kvota hüquqlarının ciddi şəkildə azaldılmasını nəzərdə tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!