Aİ texnologiya nəhənglərindən məlumat tələb edir | Banco.az

Aİ texnologiya nəhənglərindən məlumat tələb edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) texnologiya nəhənglərindən məlumat tələb edir.

Banco.az xəbər verir ki, Avropa Komissiyası Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində “Apple App Store”, “Booking.com”, “Microsoft Bing”, “Google Play” və “Google Search” kimi platformalardan maliyyə dələduzları ilə bağlı riskləri necə aşkar etdikləri və idarə etdiklərinə dair rəsmi məlumat tələb edildiyini açıqlayıb.

Açıqlamada dələduzların hədəflərini müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq üçün onlayn platformalardan və axtarış motorlarından geniş şəkildə istifadə etdikləri xatırladılıb.

Aİ qanunvericiliyinə əsasən, çox böyük onlayn platformalar və axtarış motorları qanunsuz məzmunun yayılması və istehlakçıların müdafiəsi ilə bağlı sistemli riskləri qiymətləndirməli və azaltmalıdır. Açıqlamada qeyd olunub ki, Avropa Komissiyası şirkətlərdən saxta məzmunun mövcudluğunu necə qiymətləndirdikləri və maliyyə fırıldaqçılığı risklərini azaltmaq üçün hansı tədbirlər gördükləri barədə ətraflı məlumat istəyib.

Aİ-nin texnologiya qaydaları çərçivəsində Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar ciddi qaydalara riayət etməlidirlər. Qaydaları pozan şirkətlərə isə yüksək məbləğdə cərimələr tətbiq oluna bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram