Aİ Avstriyaya qarşı büdcə intizamı prosesi başlatdı | Banco.az

Aİ Avstriyaya qarşı büdcə intizamı prosesi başlatdı

Avropa Şurası Sabitlik və İnkişaf Paktı çərçivəsində həddindən artıq büdcə kəsiri olan Avstriyaya qarşı intizam prosedurunun başlandığını elan edib.

Banco.az xəbər verir k, bəyanatda qeyd olunub ki, həddindən artıq kəsir proseduru Aİ-yə üzv dövlətlər arasında büdcə intizamını təmin etmək üçün hazırlanmış mexanizmdir.

Açıqlamada Avstriyanın 2024-cü ildə  4,7 faiz büdcə kəsiri olduğu və bu yüksək kəsir səbəbilə intizam qərarının verildiyi bildirilib.

Açıqlamada, Avstriyaya həddindən artıq büdcə kəsirini 2028-ci ilə qədər bitirmək üçün getməli olduğu marşrutla bağlı tövsiyələr göndərildiyi və ölkənin oktyabrın 15-dək büdcə kəsirini effektiv şəkildə azaltmaq üçün görəcəyi tədbirləri təqdim etməli olduğu bildirilib.

Bu il ÜDM-in 4,4 faizini təşkil edəcəyi gözlənilir. Avstriyada ötən il 4,7 faiz büdcə kəsiri yaranıb. Aİ Komissiyası Avstriyanın büdcə kəsirinin bu il ÜDM-in 4,4 faizini, gələn il isə 4,2 faizini təşkil edəcəyini proqnozlaşdırır.

Aİ-nin fiskal qaydaları üzv dövlətlərin dövlət kəsirlərini və borclarını məhdudlaşdırır. Normal şəraitdə üzv dövlətlərin büdcə kəsiri ÜDM-in 3 faizindən, dövlət borcu isə ÜDM-in 60 faizindən çox olmamalıdır.