ABŞ Konqresinin əməkdaşlarına "WhatsApp" qadağası qoyulub | Banco.az

ABŞ Konqresinin əməkdaşlarına "WhatsApp" qadağası qoyulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət işçilərinə məxsus cihazlarda “WhatsApp”dan istifadəni qadağan edib.

Banco.az xəbər verir ki, bütün parlament işçilərinə göndərilən rəsmi qeyddə tətbiqin təhlükəsizlik riski yaratdığı əsas göstərilərək qadağan edildiyi bildirilib.

Konqres işçilərinə göndərilən məktubda belə deyilir: “Kibertəhlükəsizlik İdarəsi istifadəçi məlumatlarının necə qorunduğuna dair şəffaflığın olmaması, saxlanılan məlumatların şifrələnməməsi və istifadəsi ilə bağlı potensial təhlükəsizlik riskləri səbəbindən "WhatsApp" tətbiqini istifadəçilər üçün yüksək riskli hesab edib.”

Rəsmi bildirişdə işçilərə "Signal", "iMessage", "FaceTime" və "Microsoft Teams" kimi tətbiqlərdən istifadə etmələri tövsiyə olunub.

"Meta" yanvar ayında aralarında jurnalistlərin də olduğu təxminən 90 "WhatsApp" istifadəçisini hədəf alan bir kibertəhlükə hücumunun aşkarlandığını və qarşısının alındığını açıqlamışdı. Bu hücumun ötən ilin dekabrında Amerikanın xüsusi investisiya nəhəngi "AE Industrial Partners" tərəfindən satın alınmış İsrail mənşəli casus proqram istehsalçısı "Paragon Solutions" ilə əlaqəli olduğu bildirilmişdi.

"Meta" isə konqres işçilərinə tətbiq olunan bu qadağa ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram