Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətlərinə dair həftəlik məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, buna görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 13 sentyabrda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 33 min nəfər azalaraq 231 min olub. Bu azalma son 4 ilin ən kəskin enişi kimi qeydə alınıb.
"Bloomberg"in sorğusunda iştirak edən 44 iqtisadçının orta proqnozu müraciətlərin 240 minə enəcəyi istiqamətində idi.
İşsizlik müavinəti üçün 4 həftəlik orta müraciət sayı da 750 azalaraq 240 minə düşüb.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 16 avqustda başa çatan həftədə rekord səviyyələrdə qalıb. 6 sentyabr həftəsində isə əvvəlki həftəyə nisbətən 7 min azalaraq 1 milyon 920 minə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!