Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər proqnozları üstələyib.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 11 noyabrda başa çatan həftədə əvvəlki həftəyə görə 13 min nəfər artaraq 231 min nəfərə çatıb.
Bazar proqnozlarını keçərək avqustun ortalarından bu yana ən yüksək səviyyəyə çatan işsizlik müraciətlərinin 220 min olacağı gözlənilirdi.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 4 noyabrda başa çatan həftədə 32 min nəfər artaraq 1 milyon 865 min nəfər olub.
Analitiklər bildiriblər ki, işsizlik müavinəti müraciətlərindəki artım əmək bazarında yumşalma olduğunu göstərir və bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə aparmasına kömək edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!