Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ federal hökumətinin büdcə kəsiri yanvarda 129 milyard dollara yüksəlib.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi yanvar ayına aid büdcə balansı hesabatını yayımlayıb.
Buna görə, 1 oktyabr 2024-cü ildə başlayıb 30 sentyabr 2025-ci ildə başa çatacaq 2025-ci maliyyə ilinin dördüncü ayında federal hökumətin büdcə kəsiri 129 milyard dollar olub.
Federal hökumət ötən il yanvar ayında 22 milyard dollarlıq büdcə kəsiri vermişdi.
Bu dövrdə bazar proqnozları büdcə balansının 88,1 milyard dollarlıq kəsir verməsi istiqamətində idi.
Hökumətin gəlirləri yanvar ayında təxminən 8% artaraq 513 milyard dollara, xərcləri isə təxminən 29% artaraq 642 milyard dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!