ABŞ 3,7 milyard dollarlıq təmiz enerji layihələrini yekunlaşdırıb | Banco.az

ABŞ 3,7 milyard dollarlıq təmiz enerji layihələrini yekunlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ 3,7 milyard dollarlıq təmiz enerji layihələrini yekunlaşdırıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji Nazirliyinin açıqlamasında bildirilib ki, aparılan araşdırma nəticəsində sözügedən layihələrin Amerika xalqının enerji tələbatına töhfə vermədiyi, iqtisadi baxımdan dayanıqlı olmadığı və ictimaiyyət üçün yetərli gəlir təmin etmədiyi müəyyən edilib.

Açıqlamaya əsasən, ümumi dəyəri 3,7 milyard dollardan çox olan 24 layihəyə verilən dövlət dəstəyi dayandırılıb.

Ləğv edilən 24 layihədən 16-sının 2024-cü il 5 noyabrda keçirilən prezident seçkiləri ilə 20 yanvarda Donald Trump-ın vəzifəyə başladığı tarix arasında imzalandığı qeyd olunub. Bu layihələr əsasən karbonun saxlanması və sənayedə karbon emissiyasını azaltmağa yönəlmiş təşəbbüsləri maliyyələşdirməyə xidmət edirdi.

Enerji naziri Kris Rayt açıqlamasında sabiq prezident Co Bayden rəhbərliyini milyardlarla dollar məbləğində dövlət vəsaiti xərcləmədən əvvəl lazımi maliyyə analizlərini aparmamaqla tənqid edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram