Müəllif:Mehin Qasımova/Banco.az
100 illik mebel nəhəngi istehsalını dayandıracaq.
Banco.az xəbər verir ki, Almaniyanın Koburq şəhərində yerləşən mebel istehsalçısı "Arco" ayın sonunda fəaliyyətini dayandıracağını açıqlayıb.
Məlumata görə, mebel istehsalçısı qiymət rəqabəti səbəbindən bağlanacaq.
Şirkətin qərargahı 1925-ci ildən Koburq yaxınlığındakı Weidhauzendə yaranıb."Arco" əvvəlcə hörmə mebel istehsal edirdi.
Qeyd edək ki, "Arco" regionda bu il istehsalı dayandıran ikinci mebel şirkətdir. 2023-cü ilin may ayında başqa bir köhnə mebel istehsalçısı olan "F+S Poster Möbel" iflas səbəbindən bağlanmalı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!