O, arzuları Şaxta Babadan daha tez reallaşdırır | Banco.az

O, arzuları Şaxta Babadan daha tez reallaşdırır

 "Şaxta Baba arzusunu bizə yazır, Sən də yaz!" 

 "AtaBank"  ASC  25 noyabr  2014-cü il tarixindən öz rəsmi facebook səhifəsində  "Şaxta Baba arzusunu bizə yazır, Sən də yaz!" şüarı altında hədiyyəli kampaniyaya start verir. Müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini qaldırmaq və onlara bu bayram günlərində onlara sevinc hissi  bəxş etməkdir.

Bir ay ərzində davam edəcək müsabiqədə bir neçə qalib müəyyən ediləcək və qaliblərin adları 25 dekabr 2014-cü il tarixində elan olunacaq.  Qaliblər öz hədiyyələrini Şaxta Babadan şəxsən alacaqlar.

Müsabiqənin şərtləri isə cox asandır. Şərtlərlə tanış olmaq və müsabiqədə iştirak etmək üçün sadəcə aşağıdakı keçidə daxil olmaq kifayətdir:
https://www.facebook.com/atabank