Bu ilin mart ayından etibarən “Bank of Baku” müştərilərinin istifadəsinə verilmiş SMS kredit layihəsi çərçivəsində toplam 12 milyon manata yaxın kredit ayrılıb. Artıq minlərlə ölkə vətəndaşı öz rahatlığı və çevikliyi ilə seçilən SMS kreditdən faydalanmaqdadır.
YENİ İLDƏ İLK PUL HƏDİYYƏSİNİ ALBALI-dan QAZANIN
Unibank-ın ALBALI kart sahibləri üçün növbəti sürprizi olan “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının bitməsinə 1 ay vaxt qalıb. ALBALI kartı ilə cəmi 10 manatlıq alış-veriş sizə 1000 AZN pul uduşu qazandıra bilər.
“Finca Azerbaijan”a yeni direktor!
Noyabrdan Maniş Sane “Finca Azerbaijan” Kredit təşkilatının direktoru vəzifəsini tərk edib.
Hazırda təşkilatın direktorun vəzifəsini Baş maliyyə meneceri Marko De Natale icra edir.
“Yaxın vaxtlarda rəşkilata yeni direktorun təyin ediləcəyi gözlənilir”,- “Finca Azerbaijan”dan Banco.az-a bildirilib.
Həyatınıza sərbəstlik qatın!
Yeni İl endirimi! 15 000 AZN-dək girovsuz və indi 4 % aşağı!
Hava temperaturunun enməsi ilə faizlər də endi!
TuranBank kredit faizlərini 9% endirdi!
TuranBank müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirdi. Bundan sonra adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz və arayışsız bankın istənilən filialında əldə etmək mümkündür.
Təqaüdçülər üçün kredit böyük ajiotaja səbəb olub
Unibank-ın “yaşlı olmaq daha da sərfəli oldu” kampaniyası müraciətləri kəskin artırıb. Hər gün bank filiallarına “yaşlı krediti” ilə bağlı yüzlərlə müraciət daxil olur.
AtaBank 487-dən artıq ipoteka krediti verib
İlin əvvəlindən bu yana AtaBank tərəfindən 106 ipoteka krediti verilib. Həm güzəştli, həm də adi şərtlərlə verilən kreditlərin həcmi 4 260.830 milyon manatdan çoxdur.
Orta məbləği 40 000 min manat təşkil edən, kreditləri götürən şəxslərin orta yaş həddi 25-35 olub. Orta müddəti 25 il olan ipoteka kreditləri ilə alınan evlərin orta dəyəri 65 000 min manat təşkil edib.
UNİBANK-da PUL KÖÇÜRMƏLƏRİNİN HƏCMİ ARTIB
İlin əvvəlindən indiyədək Unibank-da pul köçürmələrinin həcmi 52%-ə yaxın artıb. Ötən müddət ərzində Unibankda ən çox pul köçürmələri “Zolotaya Korona”, “Contact” və “Monex” təcili pulköçürmə xidmətləri vasitəsilə aparılıb.
Bank Standard əmanətçilərin arzularını gerçəkləşdirəcək!
Bank Standard 2 Yeni il aksiyasını birgə təqdim etməklə əmanətçilərin arzularını gerçəkləşdirəcək!
Əmanətin illik faizi 13,5% və 3 aylıq faiz gəlirinin dərhal ödənişi – arzuladığınız bu deyildimi?
12 aya və daha çox müddətə Standard əmanəti açın və əlavə 1% faiz gəliri əldə edin. Bundan başqa, Qarant, Premier, Təqaüdçü və ya Standard əmanəti açanlar 3 aylıq faiz gəliri dərhal qeydiyyat günü almaq imkanı qazanacaq.
DəmirBank ipoteka üzrə AİF-in reytinqinə liderlik edir
DəmirBank Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən tərtib olunan ipoteka kreditləşməsi üzrə ölkə banklarının reytinq cədvəlində birinci yeri tutub.
2013-cü ilin nəticələrini əks etdirən bu göstəricilər AİF-in saytında dərc olunub. Statistikaya əsasən DəmirBank-ın verdiyi ipoteka kreditlərinin 976 ədədi AİF tərəfindən yenidən maliyyələşdirilib. Bu da Müvəkkil Kredit Təşkilatları arasında ən yüksək göstəricidir.