Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Komissiyası (AK) Ukrayna Dəstək Fondundan Kiyevə 4,1 milyard avro məbləğində ikinci makromaliyyə yardımı tranşının ayrılmasına müsbət qiymət verib.
Banco.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
“Avropa Komissiyası Ukraynanın bu ödəniş üçün zəruri olan islahatlar sahəsində doqquz öhdəlik bəndinin hamısını qənaətbəxş şəkildə yerinə yetirdiyini müəyyən edib”, – deyə AK-dan bildirilib və qeyd olunub ki, bu məbləğ Aİ Şurasının təsdiqindən sonra Ukraynaya köçürüləcək.
Avropa Komissiyası Kiyev tərəfindən aparılan islahatların qiymətləndirildiyi meyarların korrupsiyaya qarşı mübarizə, biznes şərtləri, əmək bazarı qaydaları, enerji bazarı normaları və ətraf mühitin qorunması ilə bağlı olduğunu açıqlayıb.
Qeyd olunub ki, Ukrayna Dəstək Fondu xətti ilə bu tranşın köçürülməsindən sonra Kiyev ümumilikdə 16,1 milyard avro alacaq.