"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası davam edir. "AtaBank” ASC "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 3-cü mərhələsinə 1 mart 2014-cü il tarixindən start verib. Lotereya 1 mart 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək davam edəcəkdir.
DəmirBank-ın MasterCard kart sahibləri dünya brendlərinə endirim əldə ediblər
DəmirBank-ın nağdsız ödəniş edən MasterCard plastik kart sahibləri “İstanbulda dəbdən zövq al” aksiyasında iştirak edə bilərlər. Aksiya 21 aprel 2014-cü il tarixinədək davam edəcək.
“Bank of Baku” Facebook-da rekord vurur: 280.000 fan!
“Bank of Baku”-nun Facebook səhifələri Azərbaycanın bank sektorunda ən populyar sosial səhifələrdəndir. “Bank of Baku” səhifələrinin fanlarının toplam sayı 280.000-i aşıb.
Yapı Kredi Bank Azərbaycanın *0444 İnteraktiv Səsli Cavablandırma xidməti artıq istifadənizdədir
Müştərilərə sərhədsiz fürsətlər təqdim edən Yapı Kredi Bank Azərbaycan *0444 Telefon Mərkəzi tərəfindən göstərilən xidmətin keyfiyyətini daha da yüksəltmək üçün yeni İnteraktiv Səsli Cavablandırma (IVR) xidmətini istifadəyə vermişdir.
Yeni xidmət *0444 Telefon Mərkəzinə zəng edən Worldcard müştərilərinə növbə gözləmədən və hətta operatora bağlanmadan, kart limiti, istifadə edilə bilən limit, dövri borc, cari borc və s. məlumatları dinləyə bilərlər.
Azər-Türk Bankdan Əmanətçilərə Yeni Qazandıran “Fürsət” Kompaniyasi!
Azər-Türk Bank əmanətçilər üçün yeni qazandıran “Fürsət” kompaniyası təklif edir. Kompaniya şərtlərinə əsasən bu ilin mart ayından etibarən Azər-Türk Bankın istənilən filiallarından birində 30,000 AZN qədər əmanət qoyan şəxslər müddət sonunda 9% yerinə 10% və faizlər aylıq şəkildə ödənilərsə 8.5% yerinə 9.5% qazana biləcəklər. Siz də bu kompaniya çərçivəsində yeni əmanətçimiz olun ki, daha çox qazanmaq fürsəti əldə edə biləsiniz!
Bank VTB-nin çağrı-mərkəzinə 50 minə yaxın müraciət daxil olub
Son dövrlərdə banklarımızda çağrı-mərkəzlərinin (call center) fəaliyyətinə diqqət xüsusi ilə artmışdır. Belə ki. əksər müştərilərin bank ilə ilk təması məhz çağrı-mərkəzindən başlayır. Müştəridə müsbət təəssürat yaratmaq, onun maraqlandığı məsələ ilə bağlı düzgün və ətraflı məlumat vermək, müştərinin müraciətindəki problemi həll etmək isə məhz çağrı-mərkəzi əməkdaşının üzərinə düşür. Müştərinin bank ilə sonrakı əməkdaşlığı məhz bu təmasdan başlayır.
Baharda Worldcard-la alış-veriş et, 50 AZN az ödə!
Yapı Kredi Bank Azərbaycan Worldcard müştərilərini bu baharda da sərfəli kampaniyaları ilə sevindirməyə tələsir və ilk bahar müjdəsini sizlərə təqdim edir.
“FINCA Azerbaijan”ın Sumqayıt filialı 13 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirmişdir
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatının 2001-ci ildən etibarən fəaliyyət göstərən Sumqayıt filialı, 02 Aprel 2014-cü il tarixində 10 milyon kredit portfeli hədəfinə çatması və 13 illik fəaliyyəti ərzində əldə etdiyi uğurlara həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə təşkilatın ölkə direktoru Timoti Tarrant və digər rəhbər şəxsləri ilə yanaşı, yerli dövlət qurumları, müxtəlif bankların nümayəndələri və filialın daimi müştəriləri də iştirak etmişdir.