Bu günlərdə Unibank-ın ALBALI PLUS kartının təqdimatı keçirilib. Four Seasons otelində təşkil edilən tədbirdə, bankın yüzlərlə partnyoru və müştərisi bir araya toplanıb. Unibank-ın İcraçı direktoru (CEO-su) Cəlal Qasımov ALBALI PLUS kartını “müştərilərin şəxsi bankı” adlandırıb, çünki bu karta sahib olan müştərilər, bankın əksər məhsullarından istifadə etmək imkanı qazanırlar.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri başlayır
Aprelin 19-da “AtaBank”nın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Sinerji” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi mini futbol turniri start götürəcək. Yarışda müxtəlif adlarda AtaHolding Şirkətlər Qrupuna və “Sinerji” Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları qüvvələrini sınayacaqlar.
Bolkartla “Nano Electronics”-dən mobil telefon, TV və planşet əlavə xərcsiz 12 aylıq kreditə!
“Bank of Baku” və “Nano Electronics” mağazalar şəbəkəsi Bolkart sahibləri üçün sərfəli satış kampaniyası elan edirlər.
BƏS SİZİN KREDİTİNİZ SƏRFƏLİDİR?
İndi Unibankdan götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Artıq bankdan daha yüksək məbləğdə və daha sərfəli şərtlərlə kreditlər götürə bilərsiniz. Bank müştəriləri üçün kreditin maksimal məbləğini 7.500 AZN-dən 10.000 AZN-ə qaldırdı. Üstəlik, Unibankdan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir.
Azər-Türk Bankdan 10 Illik 9%-Dan Başlayaraq Daxili Ipoteka
Ölkəmizdə son illər mənzil sahibi olmaq istəyən şəxslərin sayı artmışdır. Azər-Türk Bankın yeni Daxili İpoteka kreditləri bir çox insanların ev almaq arzusunu reallaşdırmağa kömək edəcək. Belə ki, Azər-Türk Bank 200,000 AZN qədər 10 illik müddətinə 9%-12% arası ipoteka kreditləri Azərbaycan Respublikasının vətəndaşlarına və Dövlət Miqrasiya Xidməti tərəfindən 5 illik daimi yaşayış icazə vəsiqəsi əcnəbi vətəndaşlara təklif edilir.
DəmirBank mart ayının nəticələrini elan edib
DəmirBank-ın aktivləri 1 aprel 2014-cü il tarixinə 403,1 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 39,7 mln. manat və ya 14,5% artaraq 314,1 mln. manatı keçib.
Bank VTB-nin bankomat şəbəkəsi genişləndi
Bank VTB (Azərbaycan) ASC-nin müştəriləri VTB qrupun genişləndirilmiş bankomat şəbəkəsindən istifadə edə bilərlər
Bankdan portalımıza verilən məlumata əsasən, Rusiya bankı olan “Transkreditbank”-ın bankomat şəbəkəsi VTB qrupun ümumi şəbəkəsinə qoşulub. Bunun nəticəsində ATM-lərin sayı xeyli artıb.
“Bank Technique”in növbəti müştərisi avtomobil qazanıb
“Bank Technique” ASC-nin Babək prospekti 16 ünvanında yerləşən yeni Baş ofisində, aprel ayının 15-də, Bankın “Şans” depoziti üzrə vəsait yatıran əmanətçiləri arasında “Volkswagen Polo” avtomobilini qazanmaq şansı verən “Şans Technique” adlı stimullaşdırıcı lotereyanın növbəti - sonuncu tirajı oynanılıb.