“Bank of Baku” özünün daimi kredit müştəriləri olan “Dostlar Klubu”-nun üzvləri (bankla ən azı 12 ay əməkdaşlıq edən və müsbət tarixçəyə malik olan “Dostlar Klubu” kartının sahibləri) üçün “Dostlara böyük endirim” nağd kredit kampaniyası elan edir.Kampaniyanın əsas üstünlüyü müştəriyə iki kredit güzəştindən birini seçmək imkanının verilməsindən ibarətdir:
“Bank of Baku”-dan daha bir UĞUR- “Pərakəndə bank xidmətləri bazarında lider”!
“Bank of Baku” daha bir nüfuzlu mükafata layiq görülüb.Belə ki, iqtisadiyyat və biznes sahəsində “Uğur” milli mükafatı “Bank of Baku”-ya təqdim edilib. Mükafat “Azərbaycanda pərakəndə bank xidmətləri bazarının lideri. Bolkart - ən uğurlu kredit kartı” nominasiyasında verilib.
“Bank of Baku”-dan növbəti yenilik: “Mene zeng et” kommunikasiya xidməti işə düşdü!
Müştəri məmnunluğunu artırmaq məqsədilə “Bank of Baku” “Mene zeng et” kommunikasiya xidmətini işə salıb. Banka hər-hansı təklif və sorğusu olan şəxs SMS ilə “Mene zeng et” yazıb 8145-ə göndərə bilər.Bu mesajı alan bank nümayəndəsi qısa müddətə ismarıc sahibinə zəng edərək onu dinləyib müraciətini araşdıracaq.
DəmirBank “Yay təcrübə proqramı” layihəsini həyata keçirir
DəmirBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq 2014-cü ilin iyun, iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcək. Təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Namizədlər təcrübə keçmək istədikləri sahəni özləri seçirlər.
Mixail Yakunin: "ROE əmsəlı üzrə hədəfə demək olar ki, çatmışıq"
Bank VTB (Azərbaycan) 2013-cü ilin yekununda şəxsi kapitalın rentabelliyi (ROE) üzrə yüksək göstərici nümayiş etdirmişdir. Bu barədə Rusiyanın Bank VTB ASC-nin böyük vitse-prezidenti, Törəmə şirkətlər üzrə departamentin rəhbəri Mixail Yakunin “RİA Novosti” agentliyinə müsahibəsində bildirmişdir.
AtaBank–ın müştərisi Brazilyaya səyahəti udub
“AtaBank” ASC və “VISA İnternational” tərəfindən təşkil olunan “Braziliyadakı futbol həyəcanını canlı izlə!” lotereyasının qalibi elan edildi.
Expressbank-ın “Mücrü” əmanət hesabını artırmaq daha da asan oldu
İndi Expressbankın müştəriləri “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsilə istənilən an artıra bilərlər. ExpressPay ödəniş terminalları bankın bütün 17 filialında mövcuddur.
Muğanbankın daha 3 filialı fəaliyyətə başladı
Bugündən etibarən Muğanbankın Şəmkir, Səlyan və Xaçmaz şəhərlərində yeni filialları fəaliyyətə başlamışdır. Bank regionlarda filial şəbəkəsini artıraraq orada yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.