Expressbank nağd pul kreditinə havanın hərarəti qədər endirim elan edir. Endirim kreditin rəsmiləşdirilməsinə görə tutulan komissiyaya aiddir.
“PAŞA Bank Georgia”nın Direktorlar Şurasının yeni sədri təyin olunub
“PAŞA Bank Georgia”nın Müşahidə şurasının qərarı ilə Bankın Direktorlar Şurasının yeni sədri təyin olunub. Bu vəzifəyə əvvəllər PAŞA Bankın İdarə Heyətinin Üzvü və Baş Maliyyə İnzibatçısı vəzifəsini tutmuş Şahin Məmmədov təyin olunub. Bu təyinata qədər “PAŞA Bank Georgia”ya Anar İsmayılov rəhbərlik edib, indi isə o, PAŞA Bankda yeni vəzifədə işini davam etdirəcək.
ALBALI PLUS ARTIQ PARK CİNEMA-DA!
Ən maraqlı filmləri ALBALI PLUS(ALBALI) ilə seyr edin! İndi ALBALI PLUS(ALBALI) sahibləri istədikləri filmi, istədikləri vaxt izləyə biləcəklər. Hətta bütün dostlarınızı belə, sevimli filminizin nümayişinə dəvət edə bilərsiniz. Cibinizdə nağd pulun olması da vacib deyil.Çünki ALBALI PLUS(ALBALI) kartı sizə bu əminliyi yaradır.
Expressbank-dan Besmart.az saytının istifadəçilərinə güzəştli Visa Gold kartları
Expressbank və BeSmart İnternet istifadəçiləri üçün bank xidmətlərinə xüsusi endirim imkanı yaradırlar. Belə ki, www.besmart.az saytında qeydiyyatdan keçmiş istənilən şəxs Expressbank-ın Visa Gold kartına 50-dən 60%-dək endirim əldə edə bilər.
“Dövlət qulluqçular günü münasibətilə Azər-Türk Bank 15%-dən başlayaraq əmək haqqı çıxarışı əsasında kreditlər təklif edir!”
Azər-Türk Bank 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə 17 iyun – 17 iyul tarixləri arasında yeni kampaniyaya start verib. Belə ki, dövlət qulluqçuları əmək haqqı kart hesablarından son 6 ayın çıxarışını təqdim etməklə illik 15%-dan başlayaraq 50,000 AZN qədər kreditlər əldə edə biləcəklər.
“Bank Technique”in “Sığortalı” depoziti ilə vəsaitlərinizin güvənli əllərdə olmasından əmin olun!
Daima yeni məhsullarla müştərilərinin qarşısına çıxan “Bank Technique” ASC, bu dəfə də öz ənənəsinə sadiq qalaraq, yeni məhsulu – “Sığortalı” depozitini təqdim edir. Yeni depozitin əsas cəlbedici xüsusiyyəti, bura yatırılan vəsaitin, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən, 10 il ərzində dəyişilməz 9% dərəcəsi ilə sığortalanmasıdır.
DəmirBank-ın “Yığım” əmanəti ilə gələcəyinizi təmin edin
DəmirBank əmanət çeşidi sırasını genişləndirərək, yeni “Yığım” əmanətini müştərilərə təqdim edib. İstənilən şəxs minimum 10 AZN ilkin mədaxil edərək DəmirBank filiallarında əmanət hesabı aça bilər.
BİR SMS-lə BANK CİBİNİZDƏ
Siz internetə çıxışın mümkünsüz olduğu bir yerdəsiniz və bank hesabınızdan gündəlik xəbərdar olmaq istəyirsiniz? Bu, artıq mümkündür. Çünki, Unibank-ın SMS bançılıq xidməti cəmi 1 sms-lə bank hesabınızda istədiyiniz əməliyyatı mümkün etdi.