Kapital Bank nağd pul kreditləri üzrə yay kampaniyasına start verib. 01 iyul tarixindən 31 iyul tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir müştəri indi 36 ayadək müddətə, maksimim 10.000 manata qədər kredit ala bilər. İllik faiz dərəcəsində də böyük endirim var. Kredit indi 24 yox, cəmi 14 faizdən başlanan faizlərlə verilir.
Unibank-dan DİN əməkdaşları və dənizçilərin peşə bayramına hədiyyə
Unibank-da düz 5 gün davam edən komissiyasız kredit kampaniyası başladı. İyulun 1-dən 5-dək davam edən komissiyasız kredit aksiyası məxsusi olaraq, Daxili Işlər Nazirliyinin və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları üçün nəzərdə tutulub. Unibank DİN əməkdaşları və dənizçilərin peşə bayramlarını xüsusi kampaniya ilə təbrik edir.
BOLKART-la XARİCDƏ ALIŞ-VERİŞ ET, 3 AY SONRA ÖDƏ!
“Bank of Baku” xaricdə yay tətilinə hazırlaşan Bolkart MasterCard sahibləri üçün sərfəli kampaniya elan edir. 1 iyul - 31 avqust 2014-cü il tarixlərində xaricdə alış-veriş edən Bolkart MasterCard sahibləri ödənişlərini 3 AY SONRA həyata keçirə bilərlər. Xarici ölkələrdə edilən əməliyyatlara görə, Bolkart sahibindən hər hansı faiz və ya komissiya tutulmur.
VTB Bank aktivlərin və kredit portfelinin dinamikası üzrə ilk 3-lüyə daxildir
“APA-Economics” informasiya agentliyi tərəfindən təqdim olunmuş və 2014-cü ilin birinci rübünə olan fəaliyyətinin yekunları üzrə ölkə banklarının maliyyə göstəricilərinə əsaslanaraq, VTB (Azərbaycan) aktivlərin və kredit portfelinin dinamikası üzrə Azərbaycan bankları arasında ikinci yerdədir.
Yapı Kredi Bank Azərbaycan və Oracle birlikdə tədbir keçirdi
Ölkəmizdə fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan 25 İyun 2014 tarixində Oracle ilə birlikdə Bankın baş ofisində yerləşən Yapı Kredi Bankçılıq Akademiyasında tədbir keçirmişdir. Tədbirdə yaxın günlərdə uğurla başa çatan Oracle Database Vault məhsulu ilə Plastik Kartı məlumatlarının daha təhlükəsiz hala salınması barədə məlumat verilmiş və tədbir iştirakçılarına bununla bağlı təcrübələr paylaşılmışdır.
DəmirBank yeni “Əmlak girovlu kredit” adlı kredit aksiyasına başlayıb
DəmirBank girov qoymaqla kredit götürmək istəyənlər üçün “Əmlak girovlu kredit” adlı yeni kredit aksiyasına başlayıb. Aksiya 30 sentyabr 2014-cü il tarixinədək davam edəcək.
Unibank-da internet ödənişləri indi daha təhlükəsiz
Artıq Unibank-ın Visa və Mastercard-ları ilə internet ödənişləri həm təhlükəsiz, həm də rahatdır. Yenilənmiş Dinamik (dəyişkən kod) sistemi, 3D Secure xidmətinə qoşulan kart sahiblərinin işini daha da asanlaşdırdı.
Worldcard-la hər 30 manatlıq alış-verişə Berqa çayı hədiyyə!
Yapı Kredi Bank Azərbaycan hər zaman olduğu kimi mütəmadi keçirdiyi kampaniyalarla öz müştərilərini sevindirməyə davam edir.