Unibank-ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər iyul ayının əvvəlinə 1 mlrd. ABŞ dollarını keçib. Öz maliyyə göstəricilərinə görə, son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan Unibankın fəaliyyəti, beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.
DəmirBank-dan səyahətə gedənlər üçün gözəl fürsət
DəmirBank səyahətə gedənlər üçün “Səyahət krediti” adlı güzəştli kredit aksiyası keçirir. Aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.
Expressbank-ın əməkdaşı ermənini nokauta saldı
Expressbank-ın inkassasiya şöbəsinin əməkdaşı Rahib Əhmədov Rusiyanın Anapa şəhərində keçirilən MMA versiyası ilə qaydasız döyüş üzrə dünya kubokunda iştirak etmiş və 75 kg çəki kateqoriyasında birincilik qazanmışdır.
“Worldcard-dan 500 manatlıq təyyarə bileti!” stimullaşdırıcı lotereyasının ilk 5 qalibi müəyyənləşdi
Yapı Kredi Bank Azərbaycanın Worldcard müştəriləri üçün keçirdiyi #yayfursetleri layihəsi çərçivəsində 1 iyundan başlayaraq “Worldcard-dan 500 manatlıq təyyarə bileti!” tirajlı stimullaşdırıcı lotereya kampaniyası keçirilir. Kampaniya şərtlərinə əsasən ölkə xaricində Worldcard-la 50 manatdan çox alış-veriş edən hər kəs lotereyada iştirak etmək şansı qazanır. Hər 50 manat bir şans deməkdir. Beləliklə daha çox alış-veriş daha çox şans qazandırır.
“FINCA Azerbaijan”dan HƏDİYYƏLİ KREDİT stimullaşdırıcı lotoreyası
“FINCA Azerbaijan” Məhdud Məsuliyətli Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün loyallıq layihəsi çərçivəsində müxtəlif kampaniya və stimullaşdırıcı lotoreyaları icra etməkdə davam edir.
Yalnız ALBALI PLUS-la möhtəşəm kampaniya
Mövsümün ən dəbli geyimlərini yalnız ALBALI PLUS-la (ALBALI) almaq imkanınız var, üstəlik də endirim və sərfəli taksitlə. Unibank daimi partnyoru olan RGA şirkəti ilə yayın möhtəşəm kampaniyasına başladı. Bütün yay boyu Zara, Berşka, Stradivarius, Pull&Bear, Oysho, Massimo Dutti, FG4-də yalnız ALBALI PLUS (ALBALI) kart sahiblərinə 50%-dək endirim, həmçinin 3 və 6 taksit ödəmə imkanı yaradıldı.
Unibank partnyor və müştərilər üçün qapalı film seansı keçirdi
28 Cinemanın Albalı Plus zalında Unibankın daimi partnyorları və müştəriləri üçün fransız rejissorlarının lentə aldığı “Bir Görüş” filminin qapalı seansı keçirildi.