2014-cü ilin birinci yarısında NBC Bankın kredit portfelində biznes kreditlərinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, qeyd olunan dövrdə bankın biznes kreditlərinin həcmi 2,1 dəfə artaraq 44 mln. 348 min manat təşkil etmişdir. Bankdan verilən məlumata görə, biznes kreditləri əsasən yerli istehsal müəssisələri, kənd təsərrüfatı, heyvandarlıq və s. sahələrin maliyələşdirilməsinə yönəldilmişdir.
“NBC Bank” ASC kapitalını 10 mln. manat artırdı
“NBC Bank” ASC səhmlərinin növbəti emissiyasını həyata keçirib. Bununla da “NBC Bank” ASC-nin nizamnamə kapitalı 10 mln. manat artaraq, 46,5 mln. manata çatmışdır. Bu göstərici 2013-cü ilin yekunu ilə müqayisədə 27% artmışdır. Hesabat dövründə məcmu kapital isə 2013-cü ilin sonu ilə müqayisədə 26% artaraq 49.2 mln. manat təşkil etmişdir. Bununla da “NBC Bank” ASC, Mərkəzi Bankın məcmu kapital tələbini demək olar ki, yerinə yetirmişdir.
PAŞA Bank rüblük iqtisadi icmalın ikinci sayını hazırlamışdır
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank rüblük əsasda ölkə üzrə iqtisadi icmalları hazırlamağa davam edir. Növbəti icmalda cari ilin 6 ayında xarici sektorun iri həcmli profisiti və fiskal konsolidasiya şəraitində ölkə iqtisadiyyatında artımın davam etdiyi göstərilmişdir.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinə yeni sədr təyin olundu
Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Yeni rəhbər öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayından Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra başlamışdır. Bu barədə bank tərəfindən saytımıza daxil olan məlumatda bilidirilir.
“FINCA Azerbaijan” Ramazan bayramı ilə əlaqədar silsilə tədbirlər keçirdi
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı 25-26 İyul tarixlərində Ramazan Bayramı münasibətilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən dövlət uşaq müəssisələrinə səfər təşkil etmiş, uşaqlar üçün bayram süfrəsi açmışdılar.
“AtaBank” investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsinə davam edir
“AtaBank” ASC iyulun 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak etmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak etmişdir.
Azər-Türk Bankdan Neft sektoru üçün 15%-lik Kampaniya!
Azər-Türk Bank 30.07.2014-cü il tarixindən etibarən yeni “Neftçi” Kampaniyasına start verdi. Bu kampaniya Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici neft şirkətlərinin əməkdaşlarına şamil edilir.