DəmirBank təcili pul köçürmə sistemləri vasitəsilə daxil olan vəsaitləri alan müştərilər üçün “Sərfəli Məzənnə” aksiyası davam edir. Artıq Bakı, Sumqayıt şəhəri və regionlarda bir çox müştərilər aksiyamızdan faydalanaraq aldıqları vəsaitləri daha sərfəli məzənnə ilə mübadilə edərək öz pullarına qənaət edirlər.
Kapital Bankdan “Təcili kredit xətti”
Daimi inkişaf və yenilikçilik siyasətinə sadiq qalan Kapital Bank müştərilər üçün daha bir kredit imkanı yaratdı. Artıq Bankın pensiya və ya maaş kartına sahib olan hər bir şəxs Banka müraciət edərək təcili kredit xətti açdıra bilər. Bu imkandan faydalanmaq üçün müştərinin sadəcə şəxsiyyətini təsdiq edən sənədi Kapital Bankın filiallarına təqdim etməsi yetərlidir.
“Mən PAŞA Bankın Təqaüdçüsüyəm” proqramının qalibləri elan olundu
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə həyata keçirdiyi "Mən PAŞA Bankın Təqaüdçüsüyəm" adlı təqaüd proqramının seçimləri yekunlaşdı. Qeyd edək ki, "Mən PAŞA Bankın Təqaüdçüsüyəm" layihəsi ATGTİ və PAŞA Bankın birgə həyata keçirilən layihəsi olaraq artıq 3 ildir ki, davam edir. İndiyə qədər təqaüd proqramından 40-a yaxın tələbə yararlanıb.
“Bank Technique” Türkiyənin “UPT” təcili pul köçürmələri sisteminə qoşulub
“Bank Technique” ASC Türkiyənin “UPT” (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayıb. Artıq bank müştəriləri Türkiyənin istənilən nöqtəsinə sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.
Unibank real sektorda ən böyük layihəni maliyyələşdirdi
Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda yerli şirkətə böyük həcmdə kredit ayırıb. Bu Unibankın real sektorun inkişafına verdiyi dəstəyin daha bir nümunəsidir. İmzalanan müqaviləyə əsasən, Unibank və AYİB tərəfindən neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayrılıb.
Azər-Türk Bank şəhidlərin ailələrinə başsağlığı verdi
Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Vətən sağ olsun...
Hörmətlə, Azər-Türk Bank ailəsi
ALBALI PLUS KUBOKU UĞRUNDA ÇEMİONAT YEKUNLAŞIR
Unibank-ın ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatı başa çatmaqdadır. Bu günlərdə Kubokun sahibləri məlum olacaq. Bank əməkdaşlarının və bankın 10-dan artıq partnyor komandalarının qatıldığı həyəcan dolu oyunlarda, 30-dan çox komanda ALBALI PLUS Kuboku uğrunda gərgin mübarizə apardı. Avqustun 3-də Abu Arena İdman Kompleksində keçirilən final oyunlarında qalib komandalar müəyyənləşəcək.
Expressbank-ın Xaçmaz və Mingəçevir filialları şənbə günlərində də fəaliyyət göstərəcəklər
Expressbank-ın Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 2A və Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 ünvanlarında yerləşən “Xaçmaz” və “Mingəçevir” filiallarında altı günlük fasiləsiz iş rejimi tətbiq edilmişdir.