"Banco.az" Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, dekabrın 10-u “Holiday Inn Baku” hotelində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə İtaliyanın Insurance Engineering Services (IES) şirkətinin əməkdaşları tərəfindən “Əmlak zərərlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib.
PAŞA Bank daha bir layihəyə baş sponsorluq edib
PAŞA Bank Ən yaxşı biznes-keys müsabiqəsinin baş sponsoru oldu.
Həftənin ən səs-küylü 5 xəbəri
Banco.az olaraq, bu həftə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik.
Bu beşliyi, məqalələrimizi yenidən gözdən keçirmək istəyənlər və daha əvvəl oxumaq imkanı olmayanlar üçün təqdim edirik.
Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə bağlanan əqdlərin ümumi həcmi 8 235 779,4 min manat təşkil edib.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% azalma deməkdir.
Əhalinin banklara inamı niyə azalır?
İqtisadçı alim- Vüqar Bayramov, Mərkəzi Bankın əmanətlərlə bağlı açıqladığı ən son statistik məlumatlara öz münasibətini bildirib.
“Peşəkar Sığortaçı Sertifikasiya” imtahanına qeydiyyat başlanıldı
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış Peşəkar Sığortaçı Sertifikasiya (PSS) proqramı üzrə ilk imtahanın (Sığorta İşinin Prinsipləri) keçirilməsi 20 dekabr 2015-ci il tarixinə təyin edilib.
Dünya bazarında qızıl ucuzlaşıb
Amerika fond bazarında Dow Jones indeksi 0,47% - 17 574,75 bəndədək, NASDAQ 0,44% - 5 045,17 bəndədək, S&P 500 0,23% - 2 052,23 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,63% - 6 088,05 bəndədək, Fransa CAC-40-ı 0,05% - 4 635,06 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,06% - 10 598,93 bəndədək artıb.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,52 dollar yaxud 1,27% ucuzlaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,42 dollara bərabərdir.
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.12.2015)
Bu gün dekabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 11-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0495 manat olub.
Neft daha da ucuzlaşdı
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,50 dollar yaxud 1,34% geriləyərək 36,76 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,38 dollar və ya 0,95% ucuzlaşaraq 39,73 dollar/barelə bərabər olub.