Dekabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,60% bahalaşaraq 17 368,50 bənd, S&P 500 0,48% irəliləyərək 2 021,94 bənd, Nasdaq isə 0,38% bahalaşaraq 4 952,47 bənd təşkil edib.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,63 dollar yaxud 1,62% ucuzlaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,27 dollara bərabərdir.
Mərkəzi Bankın məzənnələri (15.12.2015)
Bu gün dekabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi ucuzlaşıb.
Dünya bazarında neft ucuzlaşıb
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,08 dollar yaxud 0,22% geriləyərək 36,23 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,18 dollar və ya 0,47% ucuzlaşaraq 37,74 dollar/barelə bərabər olub.
Çin yuanı dollara qarşı kəskin ucuzlaşıb
Çin yuanı bu il dollar qarşısında 9% dəyərdən düşüb.
Amrahbankın səhmlərinin buraxılışı baş tutmayıb
"Amrahbank" ASC-nin adi sənədsiz səhmləri dövlət qeydiyyatına alınıb.
Valyuta əməliyyatlarında pozuntulara görə cərimə məbləğləri artırılacaq
Azərbaycanda müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalar pozularaq aparılmasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaitinin 10%-dən 20%-dək məbləğdə, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimə ediləcək.
Mərkəzi Bank ötən həftə 255 mln. dollar satıb
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən həftənin 4 günündə, dekabrın 8-11-də mütəşəkkil valyuta bazarında ümumilikdə 255 mln. ABŞ dolları məbləğində satış həyata keçirib. Nəticədə həmin günlərdə orta hesabla valyuta satışı 63,75 mln. dollar olub.
Nazir: "Azərbaycanda 4%-lik iqtisadi artım və inflyasiya gözlənilir"
Bu ilin sonuna Azərbaycanda təxminən 4%-lik iqtisadi artım gözlənilir.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Asiya İnkişaf Bankı Azərbaycan üzrə planı təsdiqləyib
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2016-2018-ci illəri əhatə edən Ölkə üzrə Əməliyyatlar Biznes Planını təsdiq edib.