Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yükdaşımalar artıb | Banco.az

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yükdaşımalar artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 620,1 min ton, yük dövriyyəsi isə 9905,5 milyon ton-km olub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3% və 2,1% artım müşahidə olunub.

    Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 6522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 7022,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 4552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 279,3 min ton təşkil edib.

    Ən sərfəli kredit üçün müraciət et

    “Yüklərin 11304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb”, - məlumatda qeyd olunur.