İqtisadçı ekspert, Vüqar Bayramov: "Neftin dünya bazar qiymətinin aşağı qaldığı halda üçüncü devalvasiya gözləniləndir."
"Texnikabank"ın Audit Komitəsinin sabiq rəhbəri "Kapital Bank"da
2015-ci ilin dekabrın 4-də keçirilmiş "Texnikabank" ASC-nin səhmdarlarının ümumi yığıncağında verilən qərara əsasən Audit Komitəsinin sədri vəzifəsindən azad olunan Mehman İsmayılov "Kapital Bank" ASC-də təyinat alıb.
Millət vəkili hökumətə müraciət etdi
Banco.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva, hökuməti dollarla kredit götürmüş vətəndaşların vəziyyətini yüngülləşdirməyə səsləyib.
Dünya bazarında neft bahalaşıb
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,44 dollar, yaxud 1,19% bahalaşaraq 37,04 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,82 dollar və ya 2,20% bahalaşaraq 37,28 dollar/barelə bərabər olub.
NIKOIL | Bank sağlam həyat tərzini təbliğ edir!
İlin yekununda NIKOIL | Bank-ın kollektivi dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş ənənəvi yeni il qaçış yarışını həyata keçirdi.
FINCA Azerbaijan işçi qəbulu elan edir
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnformasiya Texnologiyaları departamenti üçün MƏLUMAT BAZASI HESABATLARI ÜZRƏ TƏRTİBATÇI vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
PAŞA Bank müştərilərin itkilərinin əvəzini ödəyəcək
PAŞA Bank 21 dekabr tarixdə valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək.
Mərkəzi Bank valyuta mübadiləsində maksimal məbləğlə bağlı göstəriş verib
Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fəaliyyət göstərən banklara valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün məktub daxil olub.
Unibank ən yüksək qiymət aldı
Unibank təhlükəsiz internet -bankçılıq xidmətinə görə ən yüksək qiymət aldı.
AtraBank Azərbaycan xalqını təbrik edir!
“AtraBank” ASC Azərbaycan xalqını, müştərilərini, dostlarını və əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə təbrik edir, yeni ildə hər birinizə sağlamlıq, həyatınızda sabitlik və ugurlar arzulayır.
Arzu edirik ki, gələcək planlarınız özünü doğrultsun, həyatınız xoş hadisələrlə dolu olsun.