Azərbaycan Beynəlxalq Bankı Oracle FlexCube platformasının 12-ci versiyasının tətbiqinə başlayıb. Bu yenilikdə məqsəd bankda istifadə olunan avtomatlaşdırılmış əməliyyat sisteminin modernləşdirilməsidir. “Oracle FLEXCUBE” bank platformasının bu sonuncu versiyası dünyanın qabaqcıl maliyyə institutlarında tətbiq edilir.
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,59 dollar yaxud 4,26% ucuzlaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,77 dollara bərabərdir.
Dünya bazarında neft 6% ucuzlaşıb
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,00 dollar yaxud 5,56% ucuzlaşaraq 33,07 dollar/barel təşkil edib.
Mərkəzi Bank bankların ehtiyat ayırmalarının dərəcələrini dəyişdirib
Azərbaycan Mərkəzi Bankı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edib.
ABŞ dollarının məzənnəsi sabit qalıb
Bu gün yanvarın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi sabit qalıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,5626 manat olub.
Azərbaycan Dövlət Neft Fondu yenidən valyuta satışına başlayır
Günümüzə necə başlayaq?
Hər işin başlanğıcı çox vacibdir – bizə mənəvi və fiziki güc, motivasiya verən məhz elə başlama mərhələsidir. Günə müsbət fikirlər və fəaliyyətimizin planlaşdırılması ilə başlamaq bizim gün ərzindəki işlərimizə birbaşa təsir etməkdədir.
Öz təcrübəmi gözdən keçirərək bu mövzuda fikirlərimi yazdım.
“FINCA Azerbaijan” işçi axtarır
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı GƏNCƏ filialı üçün 1 vakansiya üzrə İCRA İŞLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS vəzifəsinə işçi axtarışı elan edir.
İdarə Heyətinin sədri: "Unibank" konsolidasiyaya açıq bankdır"
"Unibank" ASC müvəffəqiyyətlə baş vermiş konsolidasiya nümunəsidir".
Banco.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
ExpressPay terminalları Hökümət Ödəniş Portalına qoşuldu
ExpressPay ödəniş terminalları müştərilərin rahatlığı məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalına qoşulub. Artıq müştərilər Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər.