“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”.
Azərbaycanın ən geniş filial şəbəkəsinə malik olan BOKT "İnternational" ASC 2023-cü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT “İnternational” ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. BOKT ötən illərdə olduğu kimi, 2023-cü ildə də yüksək statistik göstəricilərə imza atmışdır.
Sosial sığorta haqları üzrə daxilolmalar artıb
2024-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9 faiz artaraq 1,5 milyard manatdan çox olub.
Bu il Azərbaycanda 1,8 milyondan çox əmək müqaviləsi bağlanılıb
Bu il iyun ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 854 607 olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Onlayn biznesə necə başlaya bilərik?
Müəllif: Tamara Mustafayeva, Banco.az
Əgər onlayn biznes qurmaq istəyir və bunu necə edəcəyinizi bilməyirsinizsə, oxuyacağınız məqalə məhz sizin üçün nəzərdə tutulub.
Gəlirlərinizi Kapital Bank-ın yüksək faizli depozitləri ilə artırın
Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyası elan edib. Müştərilərin yüksək tələbi səbəbi ilə kampaniyanın müddəti iyun ayının sonunadək uzadılıb. Belə ki, iyun ayının 30-dək 6 aylıqda Kapital depoziti yerləşdirən hər kəs illik 10% gəlir əldə edəcək.
Bu il Azərbaycana xaricdən pul köçürmələri azalıb
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 607.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 173.1 milyon manata bərabər olub.
“Xanımların pensiya yaşı 63 olsun” – AÇIQLAMA
Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımdan vacibdir. Bu baxımdan xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirik”.
Azərbaycanın əsas neft idxalçıları bu ölkələrdir
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2024-cü ilin yanvar-aprel aylarında 4 milyard 364 milyon 589 min ABŞ dolları dəyərində 6 milyon 928 min ton neft ixrac edib.
ABŞ-də Trampın şəkli olan 500 dollarlıq əskinas yaratmağı təklif ediblər
Müəllif:Ayşən İmanova/Banco.az
Nümayəndələr Palatasının üzvü Pol Qosar ABŞ-nin keçmiş prezidenti Donald Trampın portretinin əks olunduğu 500 dollarlıq əskinasın yaradılması layihəsini təklif edib.