2024-cü ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 306.456 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Banco.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu göstəricinin 51.502-si (16,8%) ilkin, 254.954-ü isə (83,2%) isə təkrar qeydiyyatın payına düşür.
Məlumata görə, mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası 2024-cü ilin 10 ayında fərdi yaşayış və bağ evi üzərində - 51.582, mənzil üzərində - 70.691, torpaq sahəsi – 173.315, qeyri-yaşayış binası – 2.855, qeyri-yaşayış sahəsi – 7.277, əmlak kompleksi - 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81.250-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Texniki pasport və ipoteka müqavilələrinin sayı Bu ilin yanvar-oktyabr ayları ərzində 231.384 texniki pasport tərtib edilib, 62.671 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!