Ölkə əhalisi geyimə 7 mlrd. manata yaxın pul xərcləyib | Banco.az

Ölkə əhalisi geyimə 7 mlrd. manata yaxın pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 872 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,1% çoxdur. 

Qeyd edək ki, ötən 10 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram