Müəllif: Tamara Mustafayeva, Banco.az
Yeni sədr Uorşun rəhbərliyi altında Fed ilk faiz dərəcəsi qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) iyun ayı iclasında faiz dərəcələrini dəyişməz saxlayıb.
Fed əsas faiz dərəcəsini bazar gözləntilərinə uyğun olaraq 3,50–3,75 faiz aralığında qoruyub.
Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından sonra yayımlanan açıqlamada pul siyasəti üzrə faiz dərəcəsində hər hansı dəyişiklik edilmədiyi bildirilib.
“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi də faiz dərəcəsinin mövcud səviyyədə saxlanılması istiqamətində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!
