Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 7 %-dən çox artıb | Banco.az

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 7 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 178 milyon manat olub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,5% çoxdur.

7 ayda təkcə hüquqi şəxslər əhaliyə 6 milyard 891,1 milyon manatlıq xidmət göstərib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 894 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 105 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.