Ucuz səyahət üçün 7 qayda | Banco.az

Ucuz səyahət üçün 7 qayda

Yay başa çatır, siz isə hələ tətilə heç yerə getməmisiniz? Amma hələ də gec deyil. Yəqin ki, əsas səbəblər büdcə və vaxt çatışmazlığıdır. Əgər yayı qaçırdığınızı düşünürsünüzsə, onda erkən payıza planlar qura bilərsiniz. Çünki plansız işlər heç də həmişə yaxşı getmir. Planlamaq sizin xərclərinizi yarıbayarı azalda bilər

1. Ucuz təyyarə biletləri

Əsasən ucuz  təyyarə biletlərini skyscannerdə tapmaq olur. Biletləri axtarış saytlarında tapsanız belə onları hava yollarının öz saytından almaq daha məqsədə uyğundur. Bakıdan ucuz uçuşlar üçün Buta Airwaysdən istifadə edə bilərsiniz. Adətən qonşu  Tbilisidən və Kutaisidən reyslər daha ucuz olur ki, axtarış zamanı həmin yerdən uçuşların olub-olmamasına diqqət edin.

Bütün hava yolları şirkətlərinin telefonlarına, saytlarının xəbərlərinə abunə olun, sosial şəbəkələrdəki hesablarını izləyin ki, ucuz bilet kampaniyalarından xəbərdar olasınız. Ucuz bilet kampaniyaları əvvəlcə telefonlara mesajla göndərilir, daha sonra isə saytlara, sosial şəbəkələrə yerləşdirilir. Abunə olmasaz, 10 avroluq kampaniya biletlərini qaçıra bilərsiz.

Avtobus və dəmir yolu biletlərinə gəldikdə isə yadda saxlayın ki, onları onlayn və öncədən almaq həmişə daha sərfəlidir. Amma sərgüzəşt sevən və zaman planlamayan birisinizsə, ani qərarları sevirsinizsə, onda yalnız dəyişdirilməsi mümkün olan biletlər alın ya da qərarı son ana saxlayın.  

 2. Ucuz qalmaq – otel, hostel və ya kirayə

Ucuz otel və  hostellər üçün "Booking.com"a müraciət edin. Səyatənizi aylar öncədən planlayıb, pulsuz cancellation - bronu ləğv etmə xidməti olan rezervasiyalar edə bilərsiniz. Kirayə evlər üçün Airbnb köməyinizə çata bilər. Yerli sakinlər ilə birlikdə yaşamaq üçün daha bir maraqlı xidmət isə  “couchsurfing” dir. Həm də daha ucuz başa gəlməlidir 

3. Məsləhətli don gen olar

Qruplardan və forumlardan istifadə edin. Daha öncə həmin yerə səyahət etmiş insanların təcrübəsindən faydalanın. Belə qruplardan biri “Gəzəyənlər”dir.  Trip Advisor da gedəcəyin yer haqqında informasiya toplamaq üçün yaxşıdır.

Ən sərfəli kredit üçün müraciət et

4. Free walking tour – havayı piyada turlar

Bir qayda olaraq, böyük şəhərlərin əksəriyyətində Paris, Roma, Madrid, Baselona, Praqa - TripAdvisorun piyada turları olur ki, onları öncədən rezerv etməyə gərək yoxdur. Turlar adətən şəhərin ən maraqlı istiqamətləri üzrə olur. Qaldığınız hosteldə çox vaxt həmin turlar ilə bağlı informasiya tapmaq mümkündür. Muzeylərə daxil olmaq nəzərə alınmasa da siz şəhərlə bağlı ən maraqlı əfsanələri eşidir, lazımı tövsiyələri alırsınız – məsələn pulu harada daha sərfəli dəyişmək olar, harada həm dadlı, həm sərfəli nahar etmək olar. Turun sonunda adətən bələdçilərə bəxşiş (tips) verilməsi normaldır. Bunu isə siz öz cibinizə uyğun müəyyən edə bilərsiniz. Bələdçilər də cansıxıcı olmadığından bu turlar çox maraqlı keçir.

5. Viza tələb eməyən və ya prosedurları asan olan ölkələrə səyahət edin

Əgər ilk səfərinizdirsə Viza tələbi olmayan ölkələrdən də başlaya bilərsiniz. Bunun iki əsas üstünlüyü var, viza xərciniz olmur və sənədləri hazırlamağa vaxt və enerji sərf etmirsiniz. Əlbəttə ki, imtina cavabı alıb, heyfsənmə halları da olmur. Vizasız səyahət edə biləcəyiniz ölkələri bu siyahıda tapa bilərsiniz.  Amma tam əmin olmaq üçün həmin ölkənin xarici işlər nazirliyinin saytına baxa bilərsiniz.

6. Şansınızı sınamaqdan qorxmayın

Müxtəlif şirkətlər yayda səyahət şansı verən kampaniyalar – müsabiqələr həyata keçirir. Heç vaxt bəxtinizi sanamaqdan qorxmayın. Qaşınıza hədəf qoyun və pulsuz biletlər qazanın.

7. Səyahət büdcənizi dəqiqləşdirin

Ayağınızı yorğanınıza görə uzadın. Əlinizdəki səyahət büdcəsinin kənarına çıxmayın. Alış-veriş, yemək-içmək, səfər hamısı bunun içərisində olsun. Beləliklə, çox və mənasız xərclərin qarşısını ala bilərsiniz. Tək qayda, büdcənizə sadiq olmaqdır

Banco.az komandası sizə səyahətinizdə bol şanslar və gözəl istirahət arzu edir.

Ən sərfəli krediti almaq üçün müraciət et