İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği nə qədərdir? | Banco.az

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin iyulun 1-i vəziyyətinə görə, 280.6 min nəfərə bərabər olub. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5417,7 min nəfər olmuş, onlardan 5137,1min nəfərini məşğul əhali təşkil edib.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1790,6 min nəfər, o cümlədən dövlət sektorunda 859,9 min nəfər, qeyri-dövlət sektorunda isə 930,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1760,1 min nəfər çalışıb.

Qeyd edilib ki, 2026-cı il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı isə 248,5 min nəfər olub, onların 52,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475,8 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram