Social networking mövzusunu bu yaxınlarda iştirak etdiyim bir tədbirdən ruhlanaraq gündəmə gətirdim. Söhbət, Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, MDBMİ-nin Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladzenin media nümayəndələri üçün keçdiyi master-klassdan gedir. Master- klassın mənim üçün yadda qalan mövzusu “Social Networking“ idi və cənab Kobaladze bizə öz təcrübəsinə əsaslanaraq, həm karyerasından maraqlı anları paylaşdı, həm də bu sahədə özümüzü təkmilləşdirmək üçün bəzi ipucular verdi.
Bir neçə müddət öncə İsveçrənin UBS Bankında PR-sahəsində çalışan Yuri Kobaladze Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən birdən-birə bankda arzuolunmaz şəxsə çevrildiyinni söyləyir və hətta Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda işə başlamasının da səbəbi rektor ilə yaxın münasibətlərinin olması olur. Ona görə “Networking”-in vacibliyini heç vaxt qulaqardına almayın.
Bu sahədə özünü təkmilləşdirmək istəyənlər üçün cənab Kobaladze, Keith Ferrazzinin “Never eat alone” “Heç vaxt təklikdə yemə” kitabınnı tövsiyə etdi.
Kitabın rus dilində pdf forması burada
İndi isə onun danışdıqlarından yadımda qalanların bir qismini sizinlə paylaşıram
Güclü social Networking qurmaq üçün əməl etməli olduğunuz bəzi prinsiplər var.
- Dərhal mənfəət gözləməmək
Tanış olub -əlaqə qurduğunuz insana dərhal mənfəət mənbəyi kimi yanaşmaq və onun sizin probleminizi dərhal həll edəcəyini gözləmək olmaz. Münasibətlər zamanla inkişaf etməli və hər iki tərəf bir-birinə faydalı olmalıdır.
Bu zaman isə bu gün, bir ay və ya bir ildən sonra da ola bilər.
2. Sizə maraqlı olan insanların diqqətini cəlb etmək üçün siz də onlar üçün maraqlı olmalısınız.
Çünki onlarda bu münasibətdə fayda axtarır. Söhbət məhz maddi faydadan getmir. Siz maraqlı həmsöhbət olmalısınız. Siz inandırmalısınız ki, siz öz sahənizdə yaxşısınız və ən yaxşı olmağa can atırsınız. Bunun yolu isə özünü təkmilləşdirmədən və özünə inamdan keçir.
3. Jurnalist üçün yaxşı yazmaq qədər, yaxşı danışmaq qabiliyyəti də vacibdir.
Sadəcə jurnalist üçün deyil, fikrini ifadə edə bilmək, danışarkən sanki müsahibini ovsunlamaq və onun diqqətini cəlb edib, yaddaşında yer salmaq olduqca əhəmiyyətlidir.
Bir jurnalistin iştirak etdiyi tədbirdə yaddaqalan olmasının sirri isə onun verdiyi - maraqlı və gözlənilməz, təkcə onun deyil, həm də auditoriyanın marağına səbəb olacaq sualda gizlənir.
Sual vermək isə mövzuya agah olmaq və hazırlıq tələb edir, müsahibinizi araşdırmaq lazımdır.
4. Uğurlu insan olmaq
İnsanlar ətafında müvəffəqiyyət qazanmış şəxsləri sevir. Müvəffəqiyyətə gedən yol isə neqativi özündən uzaqlaşdırmaq ilə başlayır.
5. Sizinlə həmfikir olanlarla deyil, həm də zidd fikirləriniz olan insanlar ilə əlaqə qurmaq
Sizinlə razılaşmayan, fərqli fikirləri olan, məsələlərə fərqli yanaşan insanlar ilə kontakt qurmaq vacibdir. Xoş mübahisələr bəzən ideal həll yoluna gətirib çıxarır. İnsanlar, xüsusən də rəhbərlər – hər fikirləri ilə razılaşan insanlardan bezir, bəzən onların və ya sizin məsələyə başqa prizmadan baxmağınız lazımdır.
6. Kontaktların diversifikasiyası
İstər jurnalistikada, istər də bank sahəsində əlaqə qurcağınız insanlar müxtəlif sahələrdən, sektorlardan, peşələrdən ola bilər. Çünki zamanın bizə hazırlayacağı sürprizlər bəlli deyil və yalnız bir sahəyə bağlanmaq olmaz.
7. Kontaktlarınız sərhədləri aşmalıdır
Böyük düşünün, qlobal əlaqə qurun, oxumağa və işləməyə xarici ölkələrə gedin. Hətta təyyarədə və ya qatarda, bir-birinə yaxın oturacaqda əyləşdiyiniz insanlar sizin həyatınızda və ya karyeranızda əhəmiyyəli rol oynaya bilər. Jurnalist üçün səfər edə bilmədiyi ölkə haqqında, kontaktlar vasitəsi ilə informasiya almaq kimi geniş imkanlar var.
8. Yaxşı dinləyici olmaq
Asan səslənsə də, danışmağı sevən insanlar bəzən həmsöhbətlərinə ağız açmaq imkanı vermir. Danışmaq qabiliyyətinin əhəmiyyətini heç də azaltmadan qeyd etmək lazımdır ki, insan dinləyərkən daha çox öyrənir və insanlara özlərini ifadə etmək imkanı verib onları dinləmək lazımdır.
Haşiyə
Heç vaxt insalara - üçüncü tərəfin onlar haqqında danışdığı mənfi informasiyanı ötürmək olmaz. Bunun çox ağır nəticələri ola bilər.
Təlimin bu yerində cənab Kobaladze bizə Roald Dahlın “Tales of the Unexpected” - qısa gözlənilməz sonluqla bitən hekayələr silsiləsindən "Nunc Dimittis" hekayəsini nəql edir. Olduqca maraqlıdır, oxumağı tövsiyə etmək olar. Hekayə mənfi informasiyanın nəyə gətirib çıxaracağını anladır.
9. Kompetent olmadığınız sahədə fikir bildirmək
Bəli səhvə yol verməmək üçün bilmədiyniz, agah olmadığınız sahələrlə bağlı iddialar etmək olmaz.
10. İnsanlara ailələri ilə bağlı sual verməyə tələsməyin
Şəxsi həyat müəyyən mənada toxunulmaz olaraq qalmalıdır. İnsanların özəl həyatlarında, ailədə nələrdən keçdiyi (boşanma prosedurları, sevmədiyi həyat yoldaşı, valideynlərin və ya övladların vəfatı) sizə bəlli deyil və bəzi suallar onların “yarasına düz səpmək” effekti verə bilər. Zamanla müsahib istəsə, özü bu mövzunu aça bilər.
11. Yumor hissi
Bütün deyilənlərdən əlavə təlimin gedişindən bəlli olur ki, istər yaxşı natiq, istər yaxşı müsahib və ya yaxşı kontakt olmaq üçün yumor hissi çox vacibdir.
Təlim boyu cənab Koboladze bizə həm öz həyatından, həm də Roald Dahldan daha bir neçə hekayə anladır. Onlardan biri isə "Mrs Bixby and the Colonel's Coat” heyakəsi idi.
Hekayələri və kitabı rus dilində oxumaq istəyənlər bu linkdən istifadə edə bilər.
Sonda dəvət görə Azərbaycan beynəlxalq Bakında və Nigar xanıma təşəkkürlər.