Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmasına dair gözləntilər, əlverişli hava şəraiti və tələbatın azalması sentyabr ayında dünya bazarında buğdanın qiymətinin kəskin ucuzlaşmasına səbəb olub.
Banco.az xəbər verir ki, buğdanın qiyməti sentyabrda 12,7% azalaraq 2024-cü ilin iyun ayından bəri ən sürətli aylıq enişini qeydə alıb. Həmin ilin iyun ayında qiymətlər 15,5% aşağı düşmüşdü.
İl ərzində buğdanın qiymətinə hava şəraiti, geosiyasi risklər və tələb-təklif balansındakı dəyişikliklər təsir göstərib. Yanvarda qiymətlər 5,85% azalıb, sonrakı aylarda isə geosiyasi gərginlik və hava şəraiti ilə bağlı narahatlıqlar fonunda dəyişkənlik müşahidə olunub.
Sentyabr ayında ucuzlaşmadan əvvəl buğdanın bir buşelinin qiyməti 7,95 dollara qədər yüksəlib. Ayın sonunda isə qiymət 6,75 dollar təşkil edib.
