Kotirovkanın adı: “Sumqayıt filialının təmir işləri”
Kotirovkanın elan tarixi: 10.03.2026
Kotirovkanın son tarixi: 16.03.2026, saat 13:00.
Kotirovkanın qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
İşin icra müddəti qeyd edilməsi mütləqdir
Tikinti işləri ilə əlaqədar lisenziyanın olması
Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması
Materialların və avadanlıqların markasının, modelinin, istehsalçı ölkəsinin təklifdə qeyd olunması
İcra müddətinin təklifdə göstərilməsi mütləqdir.
Kotirovkada iştirak etmək üçün təqdim edilməli sənədlər:
Kotirovka təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Məxfilik müqaviləsi (Kotirovkada iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
Kotirovka təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı
Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış
Təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç.71) ünvanına göndərilməlidir.
Kotirovkada iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.
