Türkiyənin ən dəyərli 5 brendi | Banco.az

Türkiyənin ən dəyərli 5 brendi

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq brend qiymətləndirmə şirkəti Brand Finance 2026-cı il üçün "Türkiyənin Ən Güclü və Ən Dəyərli Brendləri - Türkiyə 125" hesabatını hazırlayıb.

Banco.az xəbər verir ki, Türk Hava Yolları (THY) son illərdə olduğu kimi, 2,884 milyard dollarlıq brend dəyəri ilə yenidən birinci yeri tutub.

Bu il siyahıya 13 yeni brend daxil edilib: Alfa Solar, ATP, Baykar, Besler, Çelebi Aviation, Datagate, e-Bebek, Karaca, Karel, Koçtaş, Ray Sigorta, Trabzonspor və Yudum. 

Türkiyənin ən dəyərli 5 brendi aşağıdakılardır:

1. Türk Hava Yolları (THY) - 2,884 milyard dollar

2. Arçelik - 1,989 milyard dollar

3 İş Bankası -  1,243 milyard dollar

4. Ford Otosan -  1,037 milyard dollar

5. Ziraat Bankası - 958 milyon dollar