"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR | Banco.az

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

Tenderin adı: “İri ticarət mərkəzlərində reklam stendlərinin icarəsi, qurulması, stenddə banka aid məhsulların reklamı”

Tenderin elan tarixi: 01.05.2026

Tenderin son tarixi: 05.05.2026, saat 13:00.

Rabitəbank tərəfindən Bakı şəhərində yerləşən iri ticarət mərkəzlərində reklam stendlərinin qurulması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, aşağıda qeyd olunan xidmətlərin təmin edilməsi istiqamətində qiymət təkliflərinin verilməsi istək olunur.

1. Məkan və icarə məsələləri

  • 28 Mall, Gənclik Mall, Crescent Mall və Dəniz Mall üzrə stend yerləşdirilməsi imkanları
  • Hər bir məkan üzrə aylıq və ümumi (2-3 ay müddətinə) icarə qiymətləri
  • Texniki və dizayn tələblərinin Pasha Malls tərəfindən müəyyən edilmiş standartlara uyğunluğu

2. Stendin dizayn və istehsalı

  • Kreativ və müasir dizayna malik reklam stendinin hazırlanması (materiallar, ölçü və s texniki şərtlər Mall-un tələblərinə uyğun)
  • Gamer mövzusuna uyğun interaktiv elementlərin (oyun zonası və s.) nəzərə alınması
  • İstehsal, quraşdırma və sökülmə xidmətləri daxil olmaqla ümumi qiymət

3. Promoter xidmətləri

  • Gündəlik fəaliyyət üçün promoterlərin təmin edilməsi
  • 2 növbəli iş rejimi (Ticarət mərkəzinin açılış saatından-bağlanış saatına qədər fasiləsiz fəaliyyət)
  • Promoterlərin geyimlərinin (uniforma) və badgelərinin hazırlanması
  • Təlim və məhsul üzrə məlumatlandırma imkanları

4. Əlavə xidmətlər

  • Texniki dəstək (internet, elektrik, avadanlıqların işlək vəziyyətdə saxlanılması)
  • Oyun və əyləncə zonası üçün avadanlıqların təmin edilməsi
  • Lazım olduqda gündəlik nəzarət və koordinasiya xidməti

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
  • Şirkətin son 1 il üzrə vergi borcunun  olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

 

Təkliflərin qəbul edilməsi:

  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.
  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.